“Sumqayıt” Orxan Əliyevlə yeni müqavilə imzaladı

 “Sumqayıt” Orxan Əliyevlə yeni müqavilə imzaladı
XƏBƏR 8 May 2012 / 16:32 1489
-  A +

Premyer Liqanın debütandı “Sumqayıt” gənc futbolçu Orxan Əliyevlə müqavilənin müddətini uzadıb.

Bu haqda Qol.Az-a klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, sumqayıtlılar  16 yaşlı futbolçu ilə müqavilənin müddətini 2014-cü ilə qədər uzadıblar.

Qeyd edək ki, Orxan Premyer Liqanın II turunda evdə “Qəbələ”yə vurduğu gözəl qolla özünü futbol ictimaiyyətinə tanıtmışdı. 16 yaşlı futbolçu cari mövsüm "Sumqayıt"ın heyətində 4 qola imza atıb. O, hazırda həm də U-19 millisinin üzvüdür. 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır