Vladimir Levin: "Xəzər-Lənkəran"la oyun çox çətin keçəcək"

XƏBƏR 23 Aprel 2009 / 21:36 2305
-  A +

"Xəzər-Lənkəran"la oyunumuz çox çətin keçəcək. Çünki bizim kimi onlar da meydana yalnız 3 xal üçün çıxacaqlar". Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın və "İnter"in müdafiəçisi Vladimir Levin deyib. Təcrübəli müdafiəçi bildirib ki, cənub klubuyla qarşılaşma çox gərgin keçəcək: "Hazırda turnir cədvəlində ən yaxın rəqibimizi 3 xal qabaqlayırıq. Bununla belə, "Xəzər-Lənkəran"la oyunda mütləq qələbə qazanmalıyıq. Onlar da qalib gəlməyə çalışacaqlar. Amma biz onlara imkan verməməliyik".  

Daha çox


Son xəbərlər