Nodar Məmmədov: “İnter”ə keçidimlə bağlı söhbətlər şayiədir”

Nodar Məmmədov: “İnter”ə keçidimlə bağlı söhbətlər şayiədir”
XƏBƏR 8 May 2012 / 14:58 1586
-  A +

“İnter”ə keçidimlə bağlı yayılan söhbətlər şayiədir. Bəlkə də bu klubun mənə marağı var. Amma şəxsən özümlə heç kim əlaqa saxlamayıb”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Nodar Məmmədov  “İnter”ə keçidinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

Futbolçu, ümumiyyətlə, "Qəbələ"dən ayrılmaq niyyətində olmadığını da bildirib: “Qəbələ” ilə müqaviləm başa çatmaq üzrədir. Düzdür, hələ ki, yeni müqavilə təklif etməyiblər. Ancaq mən özüm bu klubda qalıb oynamağı çox istəyirəm. Çünki “Qəbələ” mənə doğmadır, burada özümü çox yaxşı hiss edirəm”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır