"İnter"in seneqallı yarımmüdafiəçisi İbrahima Niassenin klubun rəsmi saytına müsahibəsi
- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik...
- Biz bilirdik ki, “Qarabağ” doğma divarlar arasında daha yaxşı oynayan güclü komandadır. Təəssüf ki, bu oyunda “İnter”ə nəyə layiq olduğunu göstərmək müyəssər olmadı. Etiraf edim ki, rəqib daha yaxşı oynadı və buna görə də bizə qalib gəldi. Çox təəssüf ki, bu matçda məğlubiyyətə uğradıq. Hətta heç-heçə bizim üçün pis nəticə olmazdı, lakin bu qarşılaşmada bir xal qazanmaq komandaya müəssər olmadı.
- Birinci hissədə zədə üzündən meydanı tərk etməli oldun. Hazırki durumun necədir?
- Bəli, mən ağrı hiss etdim və anladım ki, matçı davam etdirə bilməyəcəyəm. Ancaq həkimlər izah etdilər ki, zədə o qədər də ciddi deyil.
- Növbəti qarşılaşmada oynayacağınız artıq məlumdur?
- Bu günlərdə aydın olacaq, ancaq həkimlər beşinci gün meydana çıxmağım üçün əllərindən gələni edəcəklərini bildirirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən belə vacib məqamda komandaya kömək edə biləcəyəm.
- Mövsümün son matçında evdə “Bakı” ilə qarşılaşacaqsınız...
- Bu oyun bizim üçün çox vacibdir. Biz toparlanmalı və var-gücümüzlə oynamalıyıq. Başa düşürük ki, bunu etmək asan olmayacaq. Lakin məqsədimizə nail olmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Avropa Liqasına vəsiqənin taleyi məhz bu oyunun nəticəsindən asılı olacaq. Çempionatın son matçı ərəfəsində kifayət qədər mürəkkəb vəziyyət yaranıb və qalan 2 vəsiqəyə 3 komanda iddia edir...
- Bəli, turnir cədvəli doğrudan da bir qədər qarışıqdır, lakin bizim vəzifəmiz sadədir - qələbə qazanmalıyıq və o zaman Avropanın qapıları üzümüzə açılacaq. Şansımız öz əlimizdədir və ondan tam yararlanmaq lazımdır.
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı