Mövsümün əvvəlində "Atletiko" (Madrid) klubundan "İnter"ə transfer olunan Dieqo Forlan sabiq komandasının Avroliqanın finalındakı şansını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "Marca"ya danışan uruqvaylı futbolçu "Atletiko"nun bu dəfə də qalib olacağına inandığını bildirib:
"İki il öncə "Atletiko"nun heyətində Avroliqanın qalib oldum. Həmin gün həyatım boyu xatırlamaq istədiyim ən yaxşı günlərdən biridir. Həqiqətən də olduqca həyəcan verici bir oyun idi. Açığı sabiq komandamın 3 il ərzində 2 dəfə finala yüksələcəyini gözləmirdim. Ancaq bu, komandanın gücündən xəbər verir. İnanıram ki, bu dəfə də kuboku məhz "Atletiko" qazanacaq".
Qeyd edək ki, 2 il öncə finalda "Fulhem"lə görüşdə Forlan 2 qol vurmaqla komandasının qələbə qazanmasında böyük pay sahibi olmuşdu.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi