“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov “Qarabağ”ın futbolçusu Əfran İsmayılovla danışıqlar aparmaları barədə xəbərlərə münasibət bildirib.
Qol.Az saytına açıqlamasında T.Süleymanov deyib ki, klub prezidentinin tapşırığı ilə futbolçularla danışıqlara şəxsən nəzarət edir.
“Bu məlumat yayıldıqdan sonra “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova telefon açdım. Qurban Qurbanovun telefonu bağlı olduğundan, onunla danışa bilmədim. Bundan sonra Əfran İsmayılovun telefon nömrəsini öyrənib zəng etdim. Ondan bu açıqlamanın nədən qaynaqlandığını soruşdum. O bildirdi ki, mənim fikirlərim düzgün başa düşülməyib. Əfran İsmayılov yalnız "mənimlə bir çox klublar maraqlanıb" cümləsini işlətdiyini dedi. Daha sonra mətbuatda Maksim Medvedyevin adı “Neftçi” ilə birgə hallandı. Rəsmi olaraq bildiririk ki, tərəfimizdən müqaviləsi olan futbolçularla danışıqlar aparılmayıb və bu hal mümkün deyil. Əgər müqaviləsi olan hər hansı bir futbolçu ilə maraqlansaq, bu haqda onun məxsus olduğu kluba müraciət edəcəyik. Xahiş edirik ki, bu kimi informasiyaların həqiqətə uyğun olub-olmadığı bizimlə dəqiqləşdirilsin. Belə olan halda şayiələrə yer qalmaz”.
Qeyd edək ki, “Neftçi”nin Əfran İsmayılovla danışıqlar aparması barədə ilk xəbər futbolçunun özünə istinadən Qol.Az saytında dərc olunub. Əfran İsmayılov “Neftçi”nin ona təklif irəli sürdüyünü, amma “Qarabağ”la müqaviləsi olduğu uçün bu dəvəti qəbul etmədiyini bildirib. Qol.Az saytı olaraq bildirik ki, KİV haqqında qanuna əsasən, jurnalistlərə məlumat verən şəxs buna görə şəxsən özü məsuliyyət daşıyır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi