Messi Qvardiolanı qucaqlamasından danışdı

Messi Qvardiolanı qucaqlamasından danışdı
XƏBƏR 8 May 2012 / 11:39 2343
-  A +

"Qvardiola mənim futbolşu karyeramda az rol oynamayıb. "Espanyol"a qarşı çempionatın son oyununda emosiyalarımı cilovlaya bilmədim. Dördüncü qolu vurduqdan sonra Pepin üzərinə doğru gedib onu qucaqladım".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri "Barselona"nın hücumçusu Lionel Messi deyib.

Argentinalı hücumçu bildirib ki, bununla Qvardiolaya hörmətini ifadə etmək istəyib: "Mənim üçün qazandığımız uğurları Peplə bölüşmək böyük şərəf idi. Həmişə ona qiymət verəcək və hörmət edəcəyəm".

Xatırladaq ki, Qvardiola bu mövsüm başa çatandan sonra "Barselona"dan ayrılacağını bildirib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır