Fatih Terim "Fənərbaxça"yla oyunda harada oturacaq?

Fatih Terim "Fənərbaxça"yla oyunda harada oturacaq?
XƏBƏR 8 May 2012 / 11:20 1848
-  A +

Bu həftənin şənbə günü "Fənərbaxça" ilə "Qalatasaray" arasında keçiriləcək, çempionunun müəyyən olunacağı tarixi oyunda qonaq komandanın baş məşqçisi Farih Terimin harada oturacağı Türkiyə mediasının gündəmindən düşmür.

Qol.Az-ın məlumatına görə, hakimi soydüyü üçün üç oyun texniki zonaya girməsi qadağan edilən Terim əzəli rəqibləri "Fənərbaxça"yla matçı da tribunadan izləmək məcburiyyətində qalacaq.

"Beşiktaş"la "Türk Telekom Arena"dakı qarşılaşmaya "Qalatasaray" TV-nin lojasından baxan Fatih Terimə "Şükrü Saracoğlu"da aşağıdakı yerlər təklif oluna bilər:
 
1. "Fənərbaxça" rəsmiləri Terimə VİP-lojada yer ayıracaq.
2. "Fənərbaxça" rəsmiləri Terimə tribunada yaxşı bir yer ayıracaq, onun təhlükəsizliyini təmin edəcək.
3. Terim "Qalatasaray"ın ehtiyyat futbolçularının oturduğu yerin arxasında mühafizəçilərlə oyuna baxacaq.

"Fənərbaxça"nın vitse-prezidenti Nihat Özdəmir oyun zamanı Fatih Terimin rahatlığı üçün her şeyi edəcəklərini bildirib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır