Qvardiolaya qızıl fərqlənmə nişanı verildi

Qvardiolaya qızıl fərqlənmə nişanı verildi
XƏBƏR 8 May 2012 / 01:55 2372
-  A +

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Sandro Rossel komandanın baş məşqçisi Xosep Qvardiolaya brilyant daş-qaşlı qızıl fərqlənmə nişanı təqdim edib.

Lent.az-ın “SportsDaily.ru”ya istinadən verdiyi məlumata görə, təltif olunma mərasimində baş məşqçinin atası Valenti Qvardiola, “Barsa”nın idman direktoru Andoni Subisaretta, vitse-prezident Xosep Mariya Bartomeu və gələcək baş məşqçi Tito Vilanova iştirak edib.

Qeyd edək ki, mövsümün sonunda Qvardiola komandanı tərk edəcək. Onu Tito Vilanova əvəzləyəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner