"Çelsi" klubu və İngiltərə millisinin müdafiəçisi Con Terri maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Sky Sport"a danışan 31 yaşlı futbolçu milli komandadakı karyerasını başa vurmaq niyyətində olmadığını bildirib:
"Milli komandada çıxış etmək mənim üçün böyük şərəfdir. Ona görə də millidəki karyeramı başa vurmaq niyyətində deyiləm. Bu barədə heç düşünməmişəm də. Federasiya məni kapitanlıq sarğısından məhrum etdi. Təbii ki, bu, mənə ağır zərbə oldu və çox üzüldüm. Ancaq yenə də millidə oynamaq istəyirəm. Həyatda bəzən sürprizlə qarşılaşırsan. Buna baxmayaraq, ruhdan düşməməlisən".
Qeyd edək ki, İngiltərə Futbol Federasiyası (İFF) Terrini "Kvins Park Reyncers"in futbolçusu Anton Ferdinanda qarşı irqçi davranışı səbəbindən kapitanlıq hüququndan məhrum edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi