"Xəzər Lənkəran" - "Qarabağ" matçı canlı yayımlanmayacaq

XƏBƏR 7 May 2012 / 19:20 2789
-  A +

Unibank Premyer Liqanın 32-ci turunun iki oyunu canlı yayımlanacaq.

Qol.Az-ın məlumatına görə, azarkeşlər "İnter" - "Bakı" matçını "İdman-Azərbaycan", "Neftçi" - "Qəbələ" oyununu isə AzTv vasitəsilə canlı izləyə biləcəklər.

Sonuncu turun ən mühüm qarşılaşması olan "Xəzər Lənkəran" - "Qarabağ" oyunu isə televiziya vasitəsilə canlı yayımlanmayacaq.

Qeyd edək ki, 32-ci turun bütün qarşılaşmaları saat 17:30-da start götürəcək.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır