"Bavariya" klubunun sabiq qapıçısı Oliver Kann mayın 19-da keçiriləcək Çempionlar Liqasının final matçını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan Kann "Bavariya"nın "Çelsi" ilə görüşdə favorit olmadığını bildirib:
"Çoxları "Bavariya"nın bu görüşdə favorit olduğunu deyir. Ancaq mən bu fikirlə razı deyiləm. Düzdü, sabiq komandam doğma azarkeşləri qarşısında oynayacaq. Bu, onlar üçün əlavə üstünlükdür. Lakin "Çelsi"nin də bu oyuna yalnız qələbə üçün çıxacağı şübhə doğurmur.
Çünki onlar 2008-ci ildə "Mançester Yunayted"lə görüşdə acı məğlubiyyətlə üzləşiblər. "Bavariya" da 2010-ci ildə həlledici oyunda "İnter"ə məğlub olmuşdu. Hər iki komandanın finalda uduzması görüşə olan marağı daha da artırır. Məncə, kubok bu dəfə "Çelsi"yə qismət olacaq".
Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı mayın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi