Əfran İsmayılov: “Hamı gördü ki, biz “İnter”dən üstün idik”

Əfran İsmayılov:  “Hamı gördü ki, biz “İnter”dən üstün idik”
XƏBƏR 7 May 2012 / 14:05 1530
-  A +

“Müəyyən səbəblərdən Ağdama gedə bilməmişdim. Buna görə də “İnter”lə oyunumuzu televiziya vasitəsilə izlədim”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Unibank Premyer Liqanın 31-ci turunda "İnter"i 1:0 hesabıyla məğlub etdikləri oyun haqda danışarkən deyib. Zədəsi səbəbindən bu oyunu buraxan İsmayılov çətin oyun olmasına baxmayaraq, qələbəyə layiq olduqlarını düşünür.
 
"Hamı gördü ki, biz “İnter”dən üstün idik. Xeyli qol imkanımız olsa da, bunların yalnız birindən istifadə elədik. Əsas odur ki, uşaqlar canlarını qoydular və çox vacib olan üç xalı aktivimizə yazdıq. İnanıram ki, Lənkərandan da uğurlu nəticə ilə dönə biləcəyik” - deyə o qeyd edib. 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır