Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
Lent.az-ın məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edəcək Ramin Əzizov (80 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
O, böyük britaniyalı Aron Kukla döyüşdə qələbəni son saniyələrdə əldən verməli olub. Görüş sonadək idmançımızın üstünlüyü şəraitində keçsə də, misirli baş hakimin ədalətsiz qərarı Əzizovu qızıl medaldan məhrum edib. Bundan əvvəlki döyüşlərdə o, sloveniyalı və yunanıstanlı rəqiblərinə 12 xal fərqiylə vaxtından əvvəl, yarımfinalda isə hollandiyalı idmançıya 14:8 hesabı ilə qalib gəlib. Çempionatın son günü, mayın 6-da qalan 4 taekvondoçumuz - Elvin Məmmədov (68), İlkin Şahbazov (74), Aygül Abdullayeva (53) və Fəridə Əzizova (67 kq) döyüşəcək.
Qeyd edək ki, ölkəmizə ilk gümüş medalı mayın 4-də Mikayıl Əliyev (54 kq) qazandırıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi