"Fənərbaxça" klubunun yarımmüdafiəçisi Əmrə Bəlözoğlu "Trabzonspor"la oyundan sonra (3:1) maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatlna görə, "Lig TV"yə danışan 31 yaşlı futbolçu "Trabzonspor"lu azarkeşlər tərəfindən anasının söyülməsinə münasibət bildirib:
"Trabzonspor"la oyunda yerli azarkeşlər hər iki dəqiqədən bir anama söydülər. Mənə söyənlərin gözlərinin içinə baxaraq deyirəm ki, gedib mənim əvəzimə də öz analarının əllərindən öpsünlər. Çünki heç bir insanın anası bu qədər söyüşə layiq deyil. Əgər çox istəyirlərsə, mənim anam "Maçka"dadır, getsinlər və görsünlər.
Futbol heç bir insanın namusundan, ailəsindən və şərəfindən üstün deyil. Bu mövsüm kim çempion olursa-olsun, əsas odur ki, Türkiyə futbolu irəliləyəcək. Artıq qarşıda bir oyunumuz qalır. Öz meydanımızda "Qalatasaray"ı məğlub edərək növbəti dəfə Türkiyə çempionu olmaq istəyirik. Ötən mövsüm haqsızlığa uğradıq. İnşallah, bu il gülən tərəf biz olarıq".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi