Vaqif Sadıqov "Sumqayıt"a məğlubiyyətdən danışdı

XƏBƏR 6 May 2012 / 20:41 1746
-  A +

“Bu gün gözəl oyunun şahidi olduq. “Sumqayıt” həmişə oyunun sonuna kimi mübarizə aparan komandadır. Bu gün bir daha bunun şahidi olduq”.

Qol.Az-ın məlumatına görə, AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında belə deyib.

“İkinci hissənin əvvəllərindən bəlli oldu ki, ilk qolu kim vuracaqsa, qələbəni də həmin komanda qazanacaq. Bunu da “Sumqayıt” bacardı” - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, AZAL klubu bu gün Unibank Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a məğlub olub: 0-1.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır