"Ölkə kubokunu "Neftçi" qazanacaq"

XƏBƏR 6 May 2012 / 18:21 1761
-  A +

Qol.Az saytında keçirilən daha bir sorğuya yekun vurulub.

Oxucularının əksəriyyətinin fikrincə, Azərbaycan kubokunun qalibi “Neftçi” klubu olacaq.

“Azərbaycan kubokunun sahibi kim olacaq?” adlı sorğuya qatılan respondentlərin 61.16 faizi (926 səs) finalda məhz “Neftçi”nin qalib gələcəyini düşünür.

38.84 faiz isə (588 səs) kuboku “Bakı”nın qazanacağı qənaətindədir.

Xatırladaq ki, ölkə kubokunun finalı may ayının 17-də “Dalğa Arena” stadionunda baş tutacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır