“Oyundan öncə də dediyim kimi, bizi necə çətin və məsuliyyətli görüş gözlədiyini gözəl bilirdik”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.
“İnter”lə XXXI tur matçında yeganə qolun müəllifi olan futbolçu qələbəyə layiq olduqlarını düşünür: “İnter”in daha çox müdafiəyə diqqət yetirib əks hücumlara bel bağlayacağını bilirdik. Bu mənada oyun bizim üçün çox çətin keçdi. Ancaq izləyənlər də gördü ki, üstün olan tərəf “Qarabağ” idi”.
Rauf vurduğu qol və start heyətində yer almaması haqqında da danışdı: “Üstünlük bizim tərəfimizdə olsa da qol vura bilmirdik. Şükürlər olsun ki, sona yaxın bunu bacardıq. Şadam ki, komandamın qələbəsində mənim də payım oldu. Belə baxanda qolu kimin vurması o qədər də önəmli deyil. Əsas odur ki, komanda qələbə qazandı. O ki qaldı ehtiyatda qalmağıma, bu cür məsələlərlə bağlı qərarı baş məşqçi verir”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi