Bu axşam İngiltərə Federasiya kubokunun (FA) finalında "Liverpul"la qarşılaşacaq "Çelsi"nin hücumçusu Fernando Torres maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu sabiq komandasına qol vuracağı təqdirdə sevincini gizlətməyəcəyini bildirib:
"Liverpul"a qarşı daha öncə də oynamışam. Bu dəfə də onlara qarşı çıxış edəcəm və axşamkı oyun mənim üçün xüsusi əhəmiyyət daşımır. Doğrudur, "Liverpul"da gözəl günlər keçirmişəm. İngilis futboluna da elə orada uyğunlaşdım. Ancaq artıq "Çelsi"nin futbolçusuyam və bu komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Bu axşam "Liverpul"a qol vursam, sevincimi gizlətməyəcəyəm".
Qeyd edək ki, "Çelsi" - "Liverpul" matçı Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi