“Turan” rəsmisi: “Qazandığımız xallara şübhə ilə yanaşmaq gülməlidir”

“Turan” rəsmisi: “Qazandığımız xallara şübhə ilə yanaşmaq gülməlidir”
XƏBƏR 5 May 2012 / 13:44 1547
-  A +

“Haqqımızda yayılan söz-söhbətləri anlaya bilmirəm. “Rəvan” – “Turan” matçını canlı izləyənlər necə gərgin oyunun getdiyinin şahidi oldu. Həmin oyunda hər iki komanda əzmlə mübarizə apardı. Nə “Rəvan” bizə havayı xal verdi, nə də hakim. Əksinə, həmin axşam efirə gedən futbol verlişlərində hakimin 2 təmiz penaltimizi vermədiyi aşkar göründü. Ümumiyyətlə, qazandığımız xallara şübhə ilə yanaşmaq gülməlidir”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında elitada qalmaq uğurunda mübarizə aparan “Turan”ın icraçı direktoru Rasim Əliyev deyib. Klub rəsmisi Tovuz təmsilçisi ətrafında yaranan şübhələrinin nədən qaynaqlandığını da izah edib:

“Şübhələr ona görə yaranır ki, “Turan” təsnifat mərhələsində cəmi 11 xal yığdığı halda, “altılıq” mərhələsində 14 xal toplamağı bacardı. Çoxları da düşünür ki, yəqin digər komandalar bilərəkdən bizə xal verir. Lakin məsələ burasındadır ki, əvvəl vəziyyətimiz ağır idi, maaşlar verilmirdi, futboloçular düşərgəni tərk eləmişdi, komandanın taleyi qaranlıq idi. Lakin yeni rəhbərliyin gəlişindən sonra hər şey dəyişdi, komandaya diqqət, qayğı artdı, futbolçuların əməkhaqqları vaxtlı-vaxtında verildi və bütün bunlar da öz əksini nəticədə tapdı.

Əslində buna uğurlu nəticə də demək olmaz. Ən yaxın izləyicimiz “Simurq”la “Sumqayıt”ı məğlub edə bilməmişik. Bunun harası uğurdu?” Qeyd edək ki, qış fasiləsində dağılacağı deyilən “Turan”ın “altılıq” mərhələsinin geridə qalan 10 turunda məğlub olmaması və hesabda geri düşdüyü oyunların son dəqiqələrində məğlubiyyətdən qaçması ictimaiyyət arasında müəyyən şübhələrə yol açır.

Son xəbərlər