Azərbaycan akademik avarçəkənləri Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində mübarizəyə başlayıblar. Qol.Az-ın məlumatına görə, Yarışda ölkəmizi 2 kişi, 3 qadın avarçəkən təmsil edir.
Onlardan 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etmiş Nataliya Mustafayeva ilk cəhddəcə uğurla çıxış edərək, yarımfinala yüksəlib. 1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayevanın ilk rəqibləri Raçel Gembl-Flint (Böyük Britaniya), Kaisa Pajusalu (Estoniya), Anya Sesum (Sloveniya), Mirka Knapkova (Çexiya) və Annik De Dekker (Belçika) olub. Avarçəkənimiz yürüşün əvvəlindən sonunadək ikinciliyi əldən verməyib. O, 2000 metr məsafəni 7 dəqiqə 39,47 saniyəyə qət edib. Mustafayeva finişə birinci çatan son dünya və Avropa çempionu Mirka Knapkova ilə birgə birbaşa yarımfinala yüksəlib.
Digər avarçəkənlərimizə gəldikdə, qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) qüvvəsini sınayan Viktoriya Nençeva – İskra Angelova dueti, eləcə də kişilər arasında 1 nəfərlik qayıqla (M1X) yarışan Boris Yotov və Aleksandr Aleksandrov təsəlli yürüşündə iştirak edəcəklər.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə mayın 6-da yekun vurulacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi