“Son oyunlardakı zəif çıxışımız Avroliqaya vəsiqə qazanmağımızı çətinləşdirdi. Ümidlərimizi hələ itirməmişik. Bütün komanda olaraq çalışacağıq ki, sabah “İnter”i məğlub edək və Avroliqaya bir addım da yaxınlaşaq”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən F.Vəliyev çempionatın sonu “Qarabağ”dan ayrılacağına işarə edib:
“Bir ildir ki, “Qarabağ”ın ehtiyatında otururam. Uzun müddət - beş il “Qarabağ”ın şərəfini qorumuşam. Mənə komandadan ayrılmaq çətin gəlir. Çünki “Qarabağ” mənə çox doğmalaşıb. İstəyirəm ki, iddialı bir kluba keçim və əsas heyətdə oynayım. Bu haqda düşünürəm. Çempionatın bitməsinə iki tur qalıb. Hələlik heç bir klubla danışıqlara başlamamışam. Mövsüm bitdikdən sonra komanda rəhbərliyi ilə oturub danışacağıq. Ola bilər ki, bundan sonra “Qarabağ”la halallaşım və digər bir kluba keçim. Bununla belə, indiki vəziyyətdə məni “Qarabağ”ın çıxışı maraqlandırır”.
Vəliyev növbəti oyunlarda baş məşqçi Qurban Qurbanovdan şans gözlədiyini bildirib: “Ehtiyatda oturmağımla bağlı Qurban müəllimlə heç bir söhbətimiz olmayıb. O, komandanın baş məşqçisidir və son qərarı da məhz özü verir. Bəlkə də elə sabahkı oyunda mənə şans verdi. Nə bilmək olar? Qurban müəllimin hansı qərar verməyindən asılı olmayaraq, onun qərarlarına hörmət edəcəyəm. Mən hər zaman baş məşqçidən şans gözləyirəm. Bu belə də olmalıdır. Çünki bu bizim işimizdir və buna görə pul alırıq. Ola bilsin ki, bir qədər oyun praktikasından geri qalım. Bununla belə, əgər oynayacamsa, əlimdən gələni edəcəyəm ki, neçə vaxtdır oynamadığım hiss olunmasın”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya