"Real"ın türkiyəli futbolçusu "Trabzonspor" yolunda

"Real"ın türkiyəli futbolçusu "Trabzonspor" yolunda
XƏBƏR 4 May 2012 / 16:38 2664
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Həmid Altıntop karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, "Trabzonspor" klubu Altıntopa "elçi" düşüb.

"Trabzonspor"da çıxış edən Xəlil Altıntop da əkiz qardaşı Həmidi Türkiyəyə gələməyə razı salmağa çalışır. "Real"la 2015-ci ilə qədər müqaviləsi olan Altıntop yeni mövsümdən "Trabzonspor"un şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsüm "Real"ın heyətində cəmi 12 oyuna çıxan Altıntop 1 qola imza atıb. 









Son xəbərlər