Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı start götürüb.
Lent.az-ın məlumatına görə, yarışa 14 idmançı ilə qatılan Azərbaycan milli komandası ilk günü 1 gümüş medalla başa vurub.
54 kq çəki dərəcəsində yarışan Mikayıl Əliyev yalnız finalda öz çəkisinin favoritlərindən sayılan rusiyalı Seyfulla Maqomedova uduzub. Mükafatçılara medalları Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti və Avropa Taekvondo İttifaqının vitse prezidenti Füzuli Musayev təqdim edib.
Digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırmalı olublar. Daha bir taekvondoçumuz Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə döyüşü uğursuz alınıb.
Mayın 4-də daha 3 idmançımız - Samir Aydınov (58 kq), Fərid Tağızadə (87 kq) və Türkanə Tahirli (49 kq) mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Avropa çempionatına mayın 6-da yekun vurulacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi