Avropa Birliyi Komissiyası futbol üzrə 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarını boykot edib.
Lent.az-ın məlumatına görə, belə sərt qərara ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanada pis rəftara məruz qalması səbəb olub.
Komissiyanın Kiyevdə olan nümayəndəsi Ukrayna prezidenti Viktor Yanukoviçin yürütdüyü siyasətə etiraz etdiklərini bildirib. Boykot qərarına qurumun 27 üzvü imza atıb. Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Ukrayna ilə yanaşı, Polşada da təşkil olunacaq. Oyunlar 2 ölkənin hərəyə 4 şəhərində baş tutacaq.
Qeyd edək ki, daha öncə Almaniya kansleri Angela Merkel Yuliya Timoşenkoya qarşı pis rəftar səbəbindən Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarını boykot etmək fikrində olduğunu bildirib. Almaniya prezidenti Yoahim Qauk isə eyni səbəbdən, Ukrayna səfərini ləğv edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?