"Arsenal" klubunun hücumçusu Robin Van Persi İngiltərə Premyer Liqasında "ilin futbolçusu" mükafatını alarkən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən məlumata görə, hollandiyalı futbolçu gələn mövsüm "Arsenal"dan ayrıla biləcəyini bildirib:
"Daha öncə bu mükafatı qazananları düşününcə burada olmanın qiymətini anlayıram. Bu mükafatı qazanacağımı düşünmürdüm. Ancaq bu xəbəri alanda çox təəccübləndim. Mənim qəlbim hər zaman "Arsenal" üçün atır.
Gələcəkdə nə olursa olsun, özümü həmişə "Arsenal"lı kimi hiss edəcəyəm. Əgər bu gün önəmli bir futbolçuyamsa, bunu "Arsenal"a borcluyam. Mövsüm sonunda klubun prezidenti İvan Qazidis və baş məşqçi Arsen Vengerlə görüşəcəyəm. Gələcək karyeram barədə son qərarı həmin vaxt verəcəyəm".
Qeyd edək ki, bu mövsüm Premyer Liqanın bombardiri olan Van Persinin "Arsenal"la müqaviləsi 2013-cü ildə başa çatacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi