Unibank Premyer Liqanın 31-ci turunun qarşıdan gələn “Qarabağ” - “İnter” görüşü hər iki komanda üçün sayca 27-ci olacaq.
Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək komandalar bir-birilə 26 dəfə qarşılaşıb, 21 oyun çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür.
“İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” isə 9 qələbəylə fərqlənib, qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi "İnter"in xeyrinədir - 21:20. Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.
Xatırlardaq ki, bu mövsümdə komandalar üç dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb, üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar - 1:1. “İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 26 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müəssər olub.
Azərbaycan çempionatında “İnter”ə qarşı keçirilən ev oyunlarında “Qarabağ” üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada ağdamlılar 5 dəfə "İnter"i məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə "bankirlər" qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi “Qarabağ”ın xeyrinə 10:6-dir.
Qeyd edək ki, “Qarabağ” - "İnter" matçı mayın 5-də keçiriləcək. Oyun saat 17:30-da başlayacaq.
"Şimal" - MOİK matçında vurulan qollar - Video
Martinsin dublu, "Zirə"nin qələbəsi - Video
"Şimal" MOİK-lə bərabərə qaldı
"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov
"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü
"Zirə" liderliyə yüksəldi, "İmişli"dən qələbə
Şahruddindən qələbə şərhi
La Liqanın prezidenti İngiltərə Premyer Liqasını tənqid etdi
Jorj Kaşkilya: “İmişli” hər oyuna qələbə üçün çıxır”
Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub
"Zirə" - "Şamaxı": Heyətlər
Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
“Qarabağ”da şok itki - Zədəsi ciddidir
"Arsenal"da yeni baş direktor
"Karvan" - "İmişli": Heyətlər açıqlandı
"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?
Minifutbol: "Zirə" Çempionlar Liqasının 1/4 finalında
Haalanddan daha bir uğur
"Formula 1 Azərbaycan Qran-Prisi"ndə sərbəst yürüş başladı
“Braqa”dan “Qarabağ”a mesaj - “Sizin üçün darıxmışıq”
Üç güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
ÇL-də həftənin oyunçusu adına 4 namizəd
“Kayrat”ın baş məşqçisi 1:4-ə belə şərh verdi
"Vulverhempton"dan Vitor Pereyra ilə bağlı qərar - Rəsmi
"Qalatasaray"ın "Ayntraxt"a ağır məğlubiyyəti - Video
Flik onu fantastik futbolçu adlandırdı