İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, La Liqanın 36-cı turunda “Malaqa” ilə qarşılaşmada "het-trik" edən argentinalı hücumçu mövsüm ərzində vurduğu qolların sayını 68-ə çatdırıb.
Bunlardan 46-sı La Liqa, 2-si Kral Kuboku, 3-ü İspaniya Superkuboku, 1-i UEFA Superkuboku, 14-ü Çempionlar Liqası, 2-si klublararası dünya çempionatında qeydə alınıb. Əvvəlki nailiyyət Almaniya “Bavariya”sının forvardı Herd Müllerə məxsus idi. Müller 1972-1973-cü il mövsümündə müxtəlif turnirlərdə 67 qol vurmuşdu. Messini də ilk dəfə məhz onun təbrik edəcəyi gözlənilir.
Qeyd edək ki, “Barselona” “Malaqa”nı 4:1 hesabı ilə yensə də, çempion ola bilməyib. Əvəzində “Real Madrid” səfərdə “Atletik”i 3:0 hesabı ilə məğlub edərək, “Barsa”nın 3 illik hegemonluğuna son qoyub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi