Ernad Skuliç: “Təklif olarsa, “Bakı”ya qayıtmağım mümkündür”

Ernad Skuliç: “Təklif olarsa, “Bakı”ya qayıtmağım mümkündür”
XƏBƏR 4 May 2012 / 00:58 1593
-  A +

Aleksandr Starkovun gəlişindən sonra öncə əvəzedici komandaya göndərilən, sonra isə, ümumiyyətlə, klubdan uzaqlaşdırılan Ernad Skuliç yenidən Azərbaycana qayıtmağın əlehinə deyil.

Qol.Az-a açıqlamasında xorvatiyalı futbolçu təklif olarsa, yenidən “Bakı”da forma geyinmək istəyini dilə gətirib: “Hazırda Xorvatiyadayam. Zapreşiça "İnter"inin heyətində məşqlərimi edirəm və mövsümün başa çatmasını gözləyirəm.

Təkliflər olsa da hələ ki, qəti qərarımı verməmişəm. “Bakı”ya qayıtmağım mümkündürmü? Niyə də yox? Mən orada gözəl illər keçirdim. “Bakı” rəhbərliyi ilə münasibətimiz də super idi. Mənim problemin Aleksandr Starkovla bağlı idi.
 
O, məni komandada görmək istəmirdi. Klubdan bu səbəbdən ayrıldım. Yenidən təklif olarsa, “Bakı”ya qayıtmağım mümkündür”. Qeyd edək ki, Skuliç “Bakı”da çıxış etdiyi dövrdə ölkə kubokunu qazanmağa nail olmuşdu.

Son xəbərlər