İngiltərə milli komandasının əfsanəvi futbolçusu Sol Kempbell karyerasını başa vurduğunu açıqlayıb.
Lent.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçinin sonuncu klubu “Nyukasl” olub.
Ötən mövsüm o, “sığırçınlar”ın heyətində 7 oyuna çıxıb. Bu mövsüm isə Kempbell heç bir matçda iştirak etməyib.
Qeyd edək ki, Sol Kempbell karyerasına 1992-ci ildə “Tottenhem”də başlayıb. Lakin 10 mövsüm sonra o, “Tottenhem”in qəddar düşməni sayılan “Arsenal”la müqavilə bağlayaraq, bir çox azarkeşin bağışlaya bilmədiyi hərəkətə yol verib. Futbolçu “kanonirlər”in heyətində 5 mövsüm çıxış edib və 2 dəfə (2002, 2004) İngiltərə çempionluğu, 3 dəfə İngiltərə Kuboku (2002, 2003, 2005), habelə İngiltərə Superkuboku (2002) qazanıb. Kempbell 2006-cı ildə “Arsenal”la Çempionlar Liqasının finalınadək irəlilədikdən sonra “Portsmut”a keçib və növbəti il İngiltərə Kubokunu əldə edib. 3 mövsüm ərzində o, 100 matçda iştirak edib.
2009-cu ilin avqustunda Kempbell İngiltərənin 4-cü divizionunda mübarizə aparan “Notts Kaunti”yə transfer olub. Lakin cəmi 1 oyunda çıxış etdikdən sonra o, naməlum səbəblərdən klubla müqaviləsini pozub. Son 2 mövsümdə müdafiəçi “Arsenal” və “Nyukasl”ın əvəzedicilərdən ibarət komandalarında formasını qorumaq üçün məşq edib. Kempbell 1996-cı ildən İngiltərə yığmasında da oynayıb. Elə həmin il bürünc medalı boynundan asan futbolçu 73 matçda 1 qol vurub. 1998 və 2002-ci il dünya çempionatlarının, 2000-ci il Avropa çempionatının simvolik yığmasına daxil olub. 1999, 2003 və 2004-cü illərdə İngiltərədə İlin Oyunçusu sayılıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi