"İmarət" fan klubu mayın 8-də Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 20 illiyini qeyd edəcək.
Bu haqda Qol.Az-a sözügedən fan klubun idarə heyətinin üzvü Elnur Quliyev məlumat verib: “Qarabağın baş tacının hələ də düşmən tapdağı altında olması 20 ildir bizə fəxrlə "qarabağlıyıq" deməyə imkan vermir. Bu vicdan əzabından qurtulmaq, vətənə borcumuzu ödəmək üçün əlimizdən gələni etməyə çalışırıq.
Artıq mənfur düşmənlərimizin 8 may öncəsi bir sıra bayram tədbirlər keçirəcəyi haqda məlumat əldə etmişik. Biz də öz növbəmizdə həmişə Şuşaya dayağ olmuş Ağdama səfər etmək qərarına gəldik. Düşmənin qələbə qəh-qəhəsinə cavab olaraq sərhəddəki əskərlərimizi ruhlandırmaq, onlara mənəvi dəstək olmaq hər birimizin borcudur. İnşallah, mayın 6-da tərkibində xanımların da yer alacağı 30-40 nəfərlik heyətlə Bakıdan Ağdama, cəbhə bölgəsinə yola düşəcəyik”.
E.Quliyev, tədbirin maliyyələşməsinə xüsusi diqqət yetirdiyi üçün “AZERSUN HOLDİNG” Şirkətlər Qrupuna və “Qarabağ” futbol klubuna təşəkkür edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi