"Barselona"dan David Luizə 30 milyon avro

"Barselona"dan David Luizə 30 milyon avro
XƏBƏR 3 May 2012 / 17:04 2507
-  A +

"Çelsi"nin müdafiəçisi David Luiz karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Barselona"nın maraq dairəsinə düşüb.

Kataloniya təmsilçisi Luizin transferi üçün 30 milyon avro ödəməyə hazırdı. Lakin "Çelsi" rəhbərliyi 25 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir. Bununla belə, "Barselona"nın məbləği artıracağı təqdirdə Luizin "Çelsi"də qalacağı real görünmür.

Qeyd edək ki, bu mövsüm "Çelsi"nin heyətində 30 oyuna çıxan Luiz 3 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər