“Bakı” “Neftçi” ilə oyuna 6 itki ilə çıxacaq

XƏBƏR 3 May 2012 / 16:16 1848
-  A +

Həftəsonu Unibank Premyer Liqasının XXXI turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Bakı” ciddi itkilərlə üzləşib.

Komandanın baş məşqçisi Novruz Əzimovun Qol.Az-a verdiyi məlumata görə, şənbə günü keçiriləcək qarşılaşmada o, 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
 
Belə ki, zədə səbəbindən Marko Şarliya, Elvin Əliyev, Novruz Məmmədov, Junior Vilson, Uinston Parks və Marius Verpakovskis “Neftçi” ilə oyunda forma geyinməyəcək.

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi