Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov 7 illik fasilədən sonra ilk döyüşünü mayın 12-də keçirəcək.
Almaniyanın Vaysvater şəhərində təşkil olunacaq görüşdə onun rəqibi Avstriyada yaşayan erməni boksçusu Jeqise Tomasyan olacaq.
28 yaşlı Tomasyanla qarşılaşma 66 kq çəki dərəcəsində 12 raunddan ibarət olacaq. WBCA versiyası üzrə keçiriləcək döyüş öncəsi Məmmədov mətbuat konfransı keçirib. Tədbirdə o, həbsdən çıxdıqdan cəmi 4 ay sonra döyüşə başlamasına səbəb kimi rəqibin məhz erməni olmasını göstərib. Məşqlərə bir aydan artıqdır ki başladığını deyən boksçumuz əvvəllər WBO və WBC versiyaları üzrə çempionluq kəməri yaşadığını xatırladıb. O, rəqibinin Ermənistanda reytinqcə 3-cü olduğunu söyləyib: “Başqa rəqib olsaydı, dərhal imtina edərdim. Amma eşidəndə ki, erməni boksçu mənimlə döyüşmək istəyir, dərhal razılıq verdim. Çünki burada şəxsi prinsiplərdən əlavə, milli məsələ də var”.
Məmmədov Tomasyanla döyüşə mayın 4-də yollanacaq. Əvvəlcədən nəzərdə tutulandan bir həftə tez gedişinə səbəb boksçumuzun Almaniyada da mətbuat konfransı keçirəcəyi və yerli şəraitə uyğunlaşmasıdır. Döyüşün mükafat fondunun məbləğinin onu maraqlandırmadığını deyən idmançımız məqsədinin kəmər qazanmaqdan ibarət olduğunu vurğulayıb: “2001-ci ildə də İspaniya və Rusiya klubları ilə müqavilə bağladığım vaxt da bunu demişdim: Məni kəmər maraqlandırır. Amma 7 il əvvəlki kimi hazırlıqlı olduğumu demək düzgün olmazdı. Fiziki baxımdan 90 faiz hazırlıqlıyam. Amma psixoloji cəhətdən tam hazıram. Nə qədər döyüşə biləcəyimi rinq göstərəcək. 7 il məşq etməməyim çəki dərəcəmə də təsirsiz ötüşməyib. Əvvəllər 61,2 kq çəkidə döyüşürdümsə, indi 66 kq-da rinqə çıxacağam. Amma 63 kq-da döyüşmək fikrim var idi”.
Qeyd edək ki, Almaniyadakı gecədə daha 3 görüş baş tutacaq. Onlardan biri də Almaniyada yaşayan həmyerlimiz Azad Əzizovun iştirakı ilə keçiriləcək.
Lent.az
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil