“Qəbələ”nin kapitanı Mahir Şükürov mövsümün sonunda hazırkı komandasından ayrıla bilər.
Qol.Az-ın əldə etdiyi məlumata görə, əgər bu baş verərsə, milli komandamızın da şərəfini qoruyan futbolçu növbəti mövsümdən karyerasını “Xəzər Lənkəran”da davam etdirəcək. Hətta yayılan xəbərlərə görə, Cənub klubunun baş məşqçisi Yunis Hüseynov artıq Mahirə təklif göndərərək, onu Lənkəran klubuna dəvət edib. Şükürov isə hələ ki, qəti qərarını verməyib.
Ümumiyyətlə, Mahir Şükürovla Yunis Hüseynovun münasibəti çox yaxşıdır. Sumqayıtlı futbolçu 2004-06-cı illərdə “Karvan”da məhz Hüseynovun rəhbərliyi altında oynayıb, çempionatın gümüş və bürünc medallarını qazanıb.
Qeyd edək ki, Mahirin “Qəbələ” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi