Fransanın "Lill" klubunun hücumçusu Eden Hazarda təkliflər gəlməkdə davam edir.
Qol.Az-ın "The Sun"a qəzetinə istinadən verdiyi məlumata görə, gənc futbolçunun transferi uğrunda "Mançester Yunayted" və "Mançester Siti" klubları amansız mübarizə aparır.
Digər komandalardan fərqli olaraq Mançester təmsilçiləri Hazardın transferində daha israrlı görünür. Hazard Belçika yığmasındakı komanda yoldaşı Vinsent Kompaninin formasını geyindiyi "Mançester Siti"nin təklifini müsbət qarşılayıb. Lakin "Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Fergüsson Hazardın fikrini dəyişdirmək üçün əlindən gələni edəcəyini bildirib.
"Lill" rəhbərliyi isə belçikalı futbolçunu komandada saxlamağa çalışır. Bu məqsədlə klub Hazardın qiymətini 35 milyon funt-sterlinq olaraq müəyyənləşdirib. Mançester təmsilçilərinin bu məbləğdən keçəcəyi isə hələlik sual olaraq qalır. Buna mövsümün sonunda aydınlıq gələcək.
Qeyd edək ki, Hazardla "Barselona", "Çelsi", "Real" (Madrid), "Arsenal", "Tottenhem", "Milan" və "İnter" klubları da yaxından maraqlanır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi