"Arsenal" klubunun yeni transferi Lukaş Podolski bu komandanı seçməsinin səbəblərini açıqlayıb.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Almaniya millisinin futbolçusu "Arsenal"a titullar qazanmaq üçün gəldiyini bildirib:
"Arsenal" böyük komandadır. Bu komandaya titullar qazanmağa gedirəm. "Arsenal"ın "Köln"dən böyük komanda olduğunu bilirəm. Almaniyanın digər komandalarından da təkliflər aldım. Ancaq mən London təmsilçisini seçdim. Çünki bu komanda çox yaxşı baş məşqçiyə, stadiona və azarkeşlərə sahibdir. Bununla belə, bir gün yenidən "Köln"ə qayıdacağam".
Qeyd edək ki, "Köln" klubunun yetirməsi olan polşa əsilli futbolçu bu komandanın heyətində keçirdiyi 180 oyunda 86 qola imza atıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi