UEFA Nizam-İntizam Komitəsi Türkiyənin “Beşiktaş” klubunun 500 min avro cərimələyib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna klubun Avropa futbol qurumunun lisenziyalaşdırma və maliyyə “fair-play”i qaydalarına əməl etməməsi səbəb olub.
“Qara qartallar” 2011-ci il iyunun 30-dan sentyabrın 30-dək mövcud təlimatlara əməl etməmə ehtimalı ilə məsuliyyətə cəlb ediliblər. Kluba qarşıdakı 3 il ərzində vəsiqə qazanacağı növbəti Avropa kuboklarından məhrum etmə cəzası verilə bilərdi. Lakin yeni prezident Fikrət Orman cəzanın yüngülləşdirilməsinə nail olub.
“Beşiktaş” cərimə ilə yanaşı, oxşar hallar təkrarlanacağı təqdirdə, növbəti 5 il ərzində 2 dəfə Avropa kuboklarına qatılmaqdan məhrum edilə biləcəyinə dair xəbərdarlıqla canını qurtarıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi