Bu mövsüm Almaniya Bundesliqasının qalibi olan "Borussiya" (Dortmund) klubunun hücumçusu Lukas Barrios karyerasını Çində davam etdirəcək.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu Çinin "Guanzo Evergrande" klubu ilə 4 illik müqavilə imzalayıb.
Dortmund təmsilçisinin idman direktoru Maykl Zorq Barriosun bu qərarını normal qarşıladıqlarını və bu səbəbdən də ona yeni müqavilə təklif etmədiklərini bildirib. Lakin Çin təmsilçisinin "Borussiya"ya nə qədər təzminat ödəyəcəyi haqda heç bir məlumat verilməyib.
Qeyd edək ki, 2009-cu ildən "Borussiya"da çıxış edən Barrios keçirdiyi 82 oyunda 39 qola imza atıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?