Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç gələcək karyerası haqda danışıb.
Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan xorvatiyalı mütəxəssis Avro-2012-dən sonra "Beşiktaş"ı çalışdıra biləcəyini bildirib:
"Hər zaman bir klub çalışdırmaq istədiyimi bildirmişəm və bunu gizlətməmişəm. Avro-2012-dən sonra "Beşiktaş"da çalışmaq istəyərəm. Son dönəmlər bu komandaya bir sıra təcrübəli mütəxəssislər gedib, ancaq hamısının fəaliyyəti uğursuz alınıb. Düşünürəm ki, mən "Beşiktaş"a getsəm, bu komandada uğur qazanacağam".
Qeyd edək ki, Biliçin Avro-2012-dən sonra Xorvatiya millisinin baş məşqçi postundan gedəcəyi bildirilir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?