Mayın 4-də Azərbaycanın idman mətbuatının da nəhənglərindən olmuş Adil Qaçayoğlunun vəfatından dörd il ötür. Bununla əlaqədar, "Yeni Müsavat" qəzetinin redaktoru, tanınmış jurnalist Nazim Sabiroğlunun qələmə aldığı "Bu dünyanın ədalətli oyunçusu - Adil müəllim" adlı yazısını təqdim edirik.
O, sanki yazılarında sevdiyi üç nöqtələr kimi deyirdi hər sözünü. Yazılarında faktların dəqiqliyinə, sözlərin yazılışına, hətta vergülün də yerində olmasına necə dəqiq idisə, danışanda da elə idi. Yazılarına balası kimi sığal çəkərdi. Səninlə heç bir mövzuda sonadək mübahisəyə girməzdi, amma iş ki yazıya gələrdi, adamın “kürəyini yerə vurmasaydı”, əl çəkməzdi. Evə gedib oradan zəng vuracaqdı: “Dədə, lüğətlərə baxdım yenə, bax, oxuyuram o sözü...”
Onun nurlu çöhrəsində heç vaxt qalib adamın təkəbbürü olmazdı, ondan qələbə sözünü, qələbə sevincini bir halda görərdin - futbol komandası qalib gələndə. Həyatda olduğu kimi futbolda da ədalətli idi. Həyatda ədalətli oyunçu, futbolda ədalətli azarkeş idi. Kiminsə xətrinə dəysəydi, səhəri başını sığallayar, “axşam bir oturaq” deyər, komandası uduzanda isə əlini yelləyib “oynaya bilmədilər, əşi...” söyləyərdi. Ona görə dostları da çox idi, komandası da.
O, bu həyatda ədalətli hakim idi. Bu səbəbdən də bu ədalətsiz dünyada meydanı getdikcə daralır, daralırdı... Meydanı daraldıqca özü darıxırdı, özünü içəridən yeyirdi...
Dərdini həmişə bölüşən də deyildi. İş elə gətirmişdi ki, atasının vəzifəsi ilə bağlı olaraq bir neçə rayonda yaşamışdı. Amma o, bütün ruhu ilə Qarabağa bağlı adam idi. Onu nə bu zalım dünyanın adamları, nə də aramsız çəkdiyi siqaret öldürdü, məncə. Onu Qarabağ dərdi apardı...
Bunu Adil müəllimi tanıyan hər kəs təsdiq edə bilər. Bu da Allahın işidir - bayaqdan adını bu ağrılı yazıda çəkməyə əlim gəlmirdi. Qarabağdan sonra yazdım. Onu uzun zaman köşə yazılarımın ilk oxucusu kimi tanıdığım üçün bilirəm ki, adını Qarabağdan əvvəl çəksəydim, ruhu inciyərdi. “Dədə, bu olmadı ki...” deyərdi.
Adil müəllimin Bakının qərib qəbiristanlığında dəfn edilməsi də bu dünyanın ona qarşı ən böyük ədalətsizliyidir. Adil müəllimi tanıyan hər kəs bununla razılaşar...
...4 il qabaq mayın 4-ü getdi aramızdan. Adil müəllim kimi insanların itkisi təkcə onun ailəsi, dostları üçün itki deyildi. Onu bu dünya itirdi. Adil müəllim dünyanın yaxşı adamlarının yığıldığı, günbəgün xırdalaşan kisəsindən getdi. Ondan sonra jurnalistikada hər biri bir məna verən nöqtələr də getdi, futbolun ləzzəti də. Adil müəllimin yazıları adamı yaşamaq qədər ölümə də hazırlayırdı, futboldan qabaq ləzzətli oyuna da. Ölümü də belə oldu: hamını öz ölümünə hazırladı və əcəlin vaxtı gələn kimi də getdi...
Adil müəllimi bu kiçik yazı ilə xatırlayıb onun qardaşından yazmamaq ədalətsizlik olar. Biz onu Adil müəllimin ürək dolusu söhbətlərindən tanıyıb bilərdik. Adil müəllim vəfatı ilə isə onu çoxu yaxından tanıdı. O, yas mağarına gələn hamı. O, çox ağladı, çox ağrılı yaşadı bu itkini...
O, hər şey etdi ki, Adil müəllimin adına layiq olsun. Adil müəllimin qardaşı başqa cür ola bilməzdi də. Adil kimi qardaşın itkisini məhz o cür ağlamaq, o hüzrü məhz o cür ağırlamaq lazım idi.
Adil müəllimin itkisinin ildönümündə onu çox sözlərlə, xoş xatirələrlə yad etmək olar. Əminəm ki, onu tanıyanlar, onunla haçansa bir tikə çörək kəsənlər, bir yerdə lap bir həftə bir redaksiyada işləyənlər onu həmişə xoş sözlərlə xatırlayacaqlar.
Mən isə hamının əvəzindən Adil müəllimin itkisini dörd hərflə ifadə edə bilərəm: “Heyf”...
Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti
Adil Qaçayoğlu 1955-ci il, iyunun 3-də anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdi. İlk iş yeri “Şən həyat” (indiki “Balakən”) qəzeti olub. 1981-91-ci illərdə “Azərbaycan gəncləri”ndə çalışan A.Qaçayoğlu (müxbir, şöbə müdiri) sonrakı illərdə “Həyat” (indiki “Azərbaycan”), “Yeni fikir”, “Ülfət” qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar “Panorama” gündəliyinin baş redaktor müavini olub.
Qəzetçi ömrünün sonrakı mərhələsində A.Qaçayoğlu “Detektiv”, “525-ci qəzet”, “Yeni yüzil”, “Bizim əsr”, “Gün səhər”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 2008-ci il, mayın 4-də vəfat edib.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil