"Bavariya" klubunun hücumçusu Aryen Robben yenidən karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Çelsi"nin sabiq futbolçusu 3 ingilis nəhənginin maraq dairəsinə düşüb.
İngiltərənin "Mançester Siti", "Tottenhem" və "Liverpul" klubları Robbeni transfer etməyi planlaşdırır. 28 yaşlı futbolçunun bir müddət öncə "Bavariya" ilə müqavilə yeniləməkdən imtina etməsi ingilis təmsilçilərini hərəkətə keçirib. Hollandiyalı futbolçunun yenidən İngiltərəyə qayıtmaq istədiyi bildirilir.
Qeyd edək ki, 2010-cu ildən "Bavariya"da çıxış edən Robben keçirdiyi 46 oyunda 32 qola imza atıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?