"Qəbələ" – "Barselona" əməkdaşlığı çərçivəsində ötən ilin dekabrında Qəbələdə olan ispaniyalı məşqçilər heyəti yenidən ölkəmizə gəlir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Barselona"nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi Xosep Moratalla və Karles Mortarellin iştirakı ilə baş tutacaq səfər zamanı barselonalı mütəxəssislər yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar.
Bundan əlavə akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçiriləcək. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər də müzakirə ediləcək.
Xatırladaq ki, mayın 2-i axşam saatlarında ölkəmizə gələcək mütəxəssislərin səfəri ayın 11-nə kimi davam edəcək.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?