"Real" (Madrid) klubunun müdafiəçisi Raul Albiol mövsümün sonunda komandadan ayrıla bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçunun mövsümün sonunda "Barselona"ya transfer olunacağı iddia olunur.
Joze Mourinyonun gəlişindən sonra "Real"ın əsas heyətindən kənarda qalan Albiol da Madriddən ayrılmaq niyyətindədir. Kataloniya təmsilçisi mövsümün sonunda İspaniya yığmasının futbolçusuna rəsmi təklif göndərməyi planlaşdırır.
Lakin "Real"ın Albiolu satmaq istəməməsi "Barselona"nın işini çətinə salır. Bununla belə, "Barselona" rəhbərliyi Albiolun transferində israrlı olduqlarını və bu mövsüm olmasa da, 2013-cü ildə futbolçunu heyətinə qatacaqlarına inandıqlarını bildirib.
Qeyd edək ki, Albiolla "Valensiya" və "Malaqa" klubları da yaxından maraqlanır.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?