Boks növündə 2012-ci il London Yay Olimpiya Oyunlarına qazanılan bütün lisenziyaların sahibləri məlum olub.
Lent.az-ın məlumatına görə, olimpiadada 7 boksçu ilə təmsil olunacaq Azərbaycan lisenziya sayında dünyada 3-cü, Avropada 1-ci yeri tutur.
100 faizlik göstəriciyə malik olan yeganə ölkə Avstraliyadır. Bu da ondan irəli gəlir ki, “Yaşıl qitə”nin komandası Avstraliya və Okeaniya ölkələrinin mübarizə apardığı yarışda heç bir ciddi müqavimətə rast gəlməyərək bütün lisenziyalara sahib olub. Londona 9 vəsiqə qazanmış Qazaxıstan 2-ci yeri tutur. Ölkəmiz Kuba, Rusiya, Ukrayna, İtaliya və Hindistanla birgə 3 - 8-ci yerləri bölüşür.
Avropa qitəsindən olimpiadaya ən çox vəsiqə qazanan ölkələr Azərbaycanla yanaşı, Rusiya, Ukrayna və İtaliyadır. Ermənistanı Londonda cəmi 1 boksçu təmsil edəcək.
Boks üzrə London olimpiadasına vəsiqə qazanmış ölkələr: Avstraliya – 10, Qazaxıstan – 9, Azərbaycan, Kuba, Rusiya, Ukrayna, İtaliya, Hindistan – hərəyə 7, Özbəkistan, Çin, Türkiyə - hərəyə 6, İrlandiya, Yaponiya, Fransa – hərəyə 5, Almaniya, Monqolustan, İran – hərəyə 4, Tailand, Macarıstan, Bolqarıstan, ABŞ, Braziliya, Tacikistan, Belarus – 3, Cənubi Koreya, Litva, İspaniya, İsveç, Türkmənistan, Əlcəzair – hərəyə 2, Moldova, Rumıniya, Serbiya, Filippin, Kolumbiya, Ermənistan, İordaniya, Suriya, KXDR, Danimarka, Gürcüstan – hərəyə 1.
Təşkilatçi Böyük Britaniya 7 lisenziya qazanıb. Bunlardan 4-ü İngiltərə, 2-si Uels, 1-i Şotlandiyanın payına düşür.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?