Üzgüçülük üzrə norveçli dünya çempionu Aleksandr Dal Oen dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, 26 yaşlı üzgüçü ABŞ-dakı təlim-məşq toplantısı zamanı ürək tutmasından keçinib.
Onu Arizona ştatının Flaqstaff şəhərində məşqdən sonra duş kabinəsində ölü halda aşkarlayıblar. Əvvəllər Dal Oen səhhətindən şikayətlənməyib.
Qeyd edək ki, Aleksandr Dal Oen dünya çempionluğunu 2011-ci ildə Çinin Şanxay şəhərində 100 metr məsafəyə brass üsulu ilə üzmədə əldə edib. Daha öncə isə o, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında eyni məsafədə gümüş medala sahib olub.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?