“Sporting Intelligence” portalı dünyanın aparıcı idman klublarının il ərzində futbolçularına verdiyi maaşla bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Qol.Az-ın yaydığı məlumata görə, reytinq siyahısında birinci yeri İspaniya «Barselona»sı tutur. Bu klub il ərzində futbolçularına ümumilikdə 217 milyon dollar maaş verir. Bu isə orta hesabla hər futbolçuya 8,7 milyon dollar deməkdir.
Siyahıda ikinci yeri 194 milyon dollarla Madrid «Real»ı tutur. Bu komandanın futbolçularının həftəlik gəliri orta hesabla 150 min dollar təşkil edir.
İlk üçlüyü İngiltərənin «Mançester Siti» klubu tamamlayır. Ötən il reytinqdə doqquzuncu olan «Mançester Siti» futbolçularına bir ildə
185 milyon dollar maaş verir.
Ümumilikdə, «Top-10» aşağıdakı kimidir:
1. «Barselona» (futbol) - bir futbolçunun orta illik əmək haqqı - 8,6 milyon dollar. Maaş fondu - 217 milyon dollar.
2. «Real» (futbol) - bir futbolçunun orta illik əmək haqqı - 7,8 milyon dollar. Maaş fondu - 194,9 milyon dollar.
3. «Mançester Siti» (futbol) - bir futbolçunun orta illik əmək haqqı - 7,4 milyon dollar. Maaş fondu - 185 milyon dollar.
4. «Çelsi» (futbol) - bir futbolçunun orta illik əmək haqqı - 6,8 milyon dollar. Maaş fondu - 169,8 milyon dollar.
5. «Los Anceles Leykers» (basketbol) - bir oyunçunun orta illik əmək haqqı - 6,3 milyon dollar. Maaş fondu - 87,9 milyon dollar.
6. «Nyu-York Yankis» (beysbol). bir oyunçunun orta illik əmək haqqı - 6,2 milyon dollar. Maaş fondu - 198 milyon dollar.
7. «Milan» (futbol). bir futbolçunun orta illik əmək haqqı - 6,1 milyon dollar. Maaş fondu - 152,6 milyon dollar.
8. «Bavariya» (futbol). bir futbolçunun orta illik əmək haqqı - 5,9 milyon dollar. Maaş fondu - 170 milyon dollar.
9. «Filadelfiya» (beysbol). bir oyunçunun orta illik əmək haqqı - 5,8 milyon dollar. Maaş fondu - 174,5 milyon dollar.
10. «İnter» (futbol). bir futbolçunun orta illik əmək haqqı - 5,7 milyon dollar. Maaş fondu - 142,5 milyon dollar.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?