Mourinyo Qvardiolanın "Barselona"dan getməsindən danışdı

Mourinyo Qvardiolanın "Barselona"dan getməsindən danışdı
XƏBƏR 1 May 2012 / 21:45 2992
-  A +

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo Xosep Qvardiolanın bu movsümün sonu "Barselona"nın tərk edəcəyi ilə bağlı verdiyi qərara münasibət açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, portuqaliyalı mütəxəssisin Pepin qərarına hörmətlə yanaşdığını deyib.

"Qvardiola nə üçün belə qərar verdiyini daha yaxşı bilir. Ona görə də komandanı tərk etməsiylə bağlı ən dəqiq şərhi o özü verə bilər. Mən 12 ildir məşqçilik edirəm və hər dəfə iyun ayında futbol, məşq olmadığı üçün darıxıram. Bizim hər birimizin qərarı olur. Bu mənada, Qvadiolanın fikrinə hörmətlə yanaşmalıyıq. Əgər o, bir müddət futboldan uzaqlaşıb istirahət etmək istəyirsə, onu yalnız təbrik etmək və gələcəkdə uğurlar arzulamaq olar" - deyə Mourinyo bildirib.

Daha çox


Son xəbərlər
26.05.24  11:55

Ozobiç üzr istədi