İngiltərə millisinə baş məşqçi təyinatı rəsmiləşdi

İngiltərə millisinə baş məşqçi təyinatı rəsmiləşdi
XƏBƏR 1 May 2012 / 21:32 1639
-  A +

İngiltərə Futbol Assosiasiyası Fabio Kapellonun gedişindən sonra milli komandanın boş qalmış baş məşqçi vəzifəsinə rəsmi təyinatı açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı məlumata görə, bu vəzifəyə, öncədən xəbər verildiyi kimi, "Vest Bromviç"in çalışdırıcısı Roy Hocson təyin edilib. Uelsli mütəxəssislə dörd il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, Hocson buna qədər İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya millisində də çalışıb. Finlərin baş məşqçisi olduğu dönəmdə Hocson Bakıda milli komandamıza 0:1 hesabıyla uduzub.

Son xəbərlər