Təbriz Həsənov İrana məğlubiyyətin səbəbini açıqladı

Təbriz Həsənov İrana məğlubiyyətin səbəbini açıqladı
XƏBƏR 1 May 2012 / 17:07 1990
-  A +

Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində 17 yaşadək futbolçulardan ibarət İran və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan (0:2) sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, o deyib ki, İran yığması fiziki baxımdan turnirin ən güclü komandalarından biri, hətta birincisidir. "Əsas məqsədimiz qol buraxmamaq idi. Təəssüf ki, birinci hissədə iki standart vəziyyətdə qapımızda qol gördük. Hesabda geri düşdükdən sonra uşaqlar tələskənliyə yol verdilər. Fasilədən sonra oyunda dönüş yaratmaq istəsək də, əks-hücumda rəqib üçüncü qolu vurdu» - deyə o qeyd edib.

Son xəbərlər